Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır

Bakı. Trend:

Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyildir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Müəyyən bir ziddiyyət yaranır. Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi "layiqincə" müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan "miqyaslı ziyan" barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur.

Bir daha bəyan edirik ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur. Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.

O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub. Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.

Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir
İki brend bir arada - BirKart Umico kartını qarşılayın!
İki brend bir arada - BirKart Umico kartını qarşılayın!
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)
Loading Bars
Xəbər lenti
Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu
Cəlilabadda orta məktəbin binası yanıb
Sakit okeanda 5,4 bal gücündə zəlzələ olub
Pandemiya şəraitində Azərbaycanda sosial siyasət - “Hədəf”də TƏHLİL (FOTO)
"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar
Beyrutda partlayış baş verən limanın administrasiyasının 16 əməkdaşı saxlanılıb
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub
Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir
İspaniyada 30 minlik şəhər təcrid edildi
Hikmət Hacıyevin EFE informasiya agentliyinə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib (FOTO)
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Azərbaycanın QDİƏT PM-dəkı nümayəndə heyəti təsdiqlənib
Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir (FOTO/VİDEO)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO/VİDEO)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya ediləcək
İki brend bir arada - BirKart Umico kartını qarşılayın!
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub (FOTO/VİDEO)
“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil
Baş Nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür
Sahil Babayev: Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)
Vüqar Rəhimzadə: Neft strategiyasının uğurla reallaşması hədəfləri gerçəkləşdirir
Mikayıl Cabbarov: Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
Avqustun 7-də dolların manata qarşı məzənnəsi
“AccessBank”da kredit şərtini özün seç!
13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə bu ay da veriləcək
Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü
Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər
AQTA Salyan və Sabirabadda monitorinq keçirdi (FOTO)
Monteneqro Azərbaycan üçün sərhədləri açır
Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir
Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla təşkil ediləcək
Sabah Milli Məclisdə 6 məsələ müzakirə ediləcək
Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın
Azərbaycan Prezidenti: İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
Prezident İlham Əliyev: Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur
Gədəbəy Kommunal Müəssisələri Kombinatı təkzib yayıb
Prezident İlham Əliyev: Müsbət dinamika indi karantin rejiminin yumşalmasına gətirib çıxarır, ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır
Azərbaycan Prezidenti: Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək
Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin
Prezident İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
AQTA daha 97 obyektdə nöqsan aşkarladı
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu (FOTO)
Bakıda parkda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib
“Qəbələ” daha bir legionerini geri aldı
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Türkiyədə 9 deputat koronavirusa yoluxub
Tovuzda dəymiş ziyanın aradan qaldırılması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Daşkəsən dəmir filizi yatağının istismara verilməsi üçün ilkin olaraq üç milyon manat ayrıldı - SƏRƏNCAM
İyulda ödənilən sosial müavinət və yardımın həcmi açıqlandı
Hansı şəxslər təhsil almadan peşə təhsili sənədi ala biləcək?
Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan edib
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları növbəti dəfə video qəbul formatında dinləyib (FOTO)
Kaspersky kiçik və orta sahibkarlığı qorumaq üçün həllər üzərində işləyən startaplar axtarmağa başlayır
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq
Koronavirusla bağlı yaradılan 814 Çağrı Mərkəzi bu müraciətləri qəbul edir
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib - Baş Prokurorluq
Bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik - Hikmət Babaoğlu
DİM: Dövlət qulluğuna imtahan verib nazir müavini vəzifəsinə yüksələn də var
Koronavirusun zəif nöqtəsi aşkar edilib
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi
Milli Məclisin bügünkü növbədənkənar iclası başa çatdı
Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır
İranda koronavirusdan ölənlərin sayı 18 minə çatır
Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 870 mini keçib
Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi
Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov
Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini
Peşəyə müstəqil yiyələnənlər də təhsil sənədi alacaq - Qiymətləndirilmə başlandı
Nazir müavini uşaq pulu ilə bağlı məsələyə münasibət bildirdi
Rusiyada dəmiryol stansiyasında partlayış - Ölən var
Sabah hava küləkli olacaq
Anar Əliyev: I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub
"İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub (FOTO/VİDEO)
Bütün xəbərlər