...

Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

Siyasət Materials 5 Sentyabr 2020 16:18 (UTC +04:00)
Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Prezidenti Jair Bolsonaruya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasındakı münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Jair Bolsonaruya möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə əmin-amanlıq və rifah diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti