...

Moldova KİV-i: Ermənistan işğal siyasətini gizlətmək üçün “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə çalışır

Siyasət Materials 15 Sentyabr 2020 16:04 (UTC +04:00)
Moldova KİV-i: Ermənistan işğal siyasətini gizlətmək üçün “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə çalışır

Bakı. Samir Əli - Trend:

Moldova Respublikasının nüfuzlu saytlarından olan locals.md saytı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin müsahibəsini yayımlayıb.

İcmadan Trend-ə verilən məlumata görə, müsahibədə Tural Gəncəliyev diqqəti Ermənistanın təcavüzkar siyasətinə yönəldərək 30 ilə yaxındır ki, məhz rəsmi Yerevanın bu qeyri-kostruktiv siyasəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının səbəblərini açıqlayır.

“Bütün dünya ölkələri Azərbaycan Respublikasının qədim əraziləri olan Dağlıq Qarabağ və ona bitişik 7 inzibati bölgənin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir. Lakin Ermənistan işğal siyasətini gizlətmək üçün “öz müqəddəratını təyinetmə” ifadəsindən istifadə etməyə çalışır. Öz müqəddəratını təyinetmə hüququ yüz minlərlə azərbaycanlıya qarşı aparılan işğal və etnik təmizləmələr, habelə Xocalı şəhərində olduğu kimi günahsız vətəndaşların öldürülməsi ilə izah edilə bilməz” –deyə müsahibədə bildirilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etsələr də rəsmi Yeravan sənədlərə məhəl qoymur. “1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını tanıyan dörd qətnaməsi də münaqişənin hüquqi əsası kimi vacibdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bütün bunlara əlavə olaraq ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Birliyi, NATO və s. daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qətnamələr qəbul etdilər. Çox vacib hesab etdiyim bir xüsusi sənədi vurğulamaq istərdim - bu, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov başqalarına qarşı” məhkəmə işində verdiyi qərardır. Məhkəmə bu sənəddə Ermənistan Respublikasının işğal olunmuş Azərbaycan torpaqlarında insan hüquqlarının pozulmasına görə cavabdeh olduğuna qərar verdi. Düşünürəm ki, bu sənədlərdən sonra işğalçı ölkənin kim olduğuna şübhə olmamalıdır”.

İcma rəhbəri müsahibəsində Dağlıq Qarabağın tarixi azərbaycan torpaqları olduğunu faktlarla qeyd edərək Ermənistan tərəfindən orda aparılan etnik təmizləmə siyasətini oxucuların diqqətinə çatdırıb.

Məqaləyə keçid : https://locals.md/2020/tural-gyandzhaliev/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti