...

Mingəçevir sakini: Ermənilər bir-iki raketlə xalqmızın əzmini qıra bilməz

Siyasət Materials 5 Oktyabr 2020 10:18 (UTC +04:00)
Mingəçevir sakini: Ermənilər bir-iki raketlə xalqmızın əzmini qıra bilməz

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilərin Mingəçevirə bir neçə raket atması əhali arasında heç bir təşvişə səbəb olmayıb. Hazırda şəhərdə hər şey öz qaydasındadır, hər kəs öz gündəlik fəaliyyəti ilə məşğuldur.

Bunu Trend-ə Mingəçevir sakini Nizami Mehdiyev deyib.

N.Mehdiyev bildirib ki, qüdrətli ordumuz qarşısında aciz qalan düşmən mülki əhalini atəşə tutmaqla insanlar arasında təşviş yaratmaq istəyir: “Ancaq insanlarımızın əhval-ruhiyyəsi, qələbə əzmi o qədər yüksəkdir ki, düşmən heç bir vasitə ilə bu əzmi sındıra bilməz. Bildiyiniz kimi dünən cənab Prezident İlham Əliyev daha bir qələbəni, Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin işğaldan azad edildiyini elan etdi.

Möhtərəm Prezidentimizin bu xəbəri bütün Azərbaycan xalqını çox sevindirdi, insanlarımızın qələbə əzmini daha da möhkəmləndirdi. Bundan sonra düşmən çirkin əmələ əl ataraq mülki əhaliyə atəş açaraq istədi ki, əhalini qorxuya salsın. Ancaq deyə bilərəm ki, düşmənin bu çirkin əməli əks təsir göstərdi, insanlarımız bu atəşdən nəinki qorxmadı, əksinə daha da ruhlandı, qələbə əzmini daha da artırdı.

İndi 90-cı illər deyil. Bu gün Azərbaycanın qüdrətli ordusu, qətiyyəli, prinsipial lideri, Ali Baş Komandanı var. Xalqımız böyük zəfərin çox yaxında olduğuna inanır. Yaxşı olar ki, düşmən ordumuz tərəfindən məhv edilməyənə qədər bizim torpaqlardan rədd olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti