...

Deputat: Azərbaycan ərazilərində gəbərən erməni leşlərini götürmək Paşinyanı maraqlandırmır

Siyasət Materials 12 Oktyabr 2020 17:10 (UTC +04:00)
Deputat: Azərbaycan ərazilərində gəbərən erməni leşlərini götürmək Paşinyanı maraqlandırmır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyanın təşəbbüsü ilə humanitar atəşkəs elan edildikdən sonra Ermənistan tərəfinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində günahsız mülki insanları – uşaqları, qadınları və qocaları öldürməsi vəhşilik, barbarlıq, müharibə cinayəti və terrordur.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu qəddarlıq Ermənistanın ləyaqətsiz dövlət olduğunu bir daha göstərdi.

M.Qasımlı qeyd edib ki, bir neçə gün əvvəl dünya dövlətlərinin rəhbərlərinə atəşi dayandırmaq üçün yalvaran Ermənistanın dinc əhalini hədəf alması sözü və işinin fərqli olduğunu bir daha təsdiq etdi.

Deputatın fikrincə, düşmən bununla Azərbaycanda xaos yaratmaq istəyirdi:

"Ermənistan humanitar atəşkəsi pozmaqla Rusiya dövlətinin nüfuzuna ağır zərbə vurdu, onun etibarını sarsıtmağa cəhd etdi və rus xalqının kürəyinə xəncər sancdı. Bir daha təsdiq olundu ki, Nikol Paşinyanı təcavüzkar ölkənin ordusunun Azərbaycan ərazilərində gəbərən leşlərini götürmək maraqlandırmır. O, humanitar atəşkəsə hiyləgərliklə qüvvə toplamaq vasitəsi kimi baxıb. Azərbaycanın apardığı müharibə ədalətlidir, torpaqlarının işğaldan azad edilməsi üçündür. Qələbə də Azərbaycanın olacaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti