...

Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı

Siyasət Materials 18 Oktyabr 2020 10:34 (UTC +04:00)
Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təcavüzkar Ermənistanın döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərində mülki insanları hədəf alması hərbi cinayət, terror və soyqırımıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın bu soyqırımı törətməsi onun terrorçu dövlət olduğunu bir daha təsdiq edir.

Deputat əlavə edib ki, Ermənistan bu cinayəti ilə hərbi əməliyyatlarda məğlub olmasını ört- basdır etmək, Azərbaycanı raketlərin atıldığı Ermənistanı vurmağa təhrik etmək və beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək istəyir:

"Onun digər məqsədi Azərbaycanda xaos və anarxiya yaratmaqdır. Ermənistan rəhbərləri müharibə caniləridir. Lakin Azərbaycan 1990- cı illərin dövləti və cəmiyyəti deyil. Azərbaycan xalqının iradəsi və gücü ermənilərin bu çirkin niyyətlərini iflasa uğratdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti