Bakı. Elçin Mehdiyev – Trend:
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: "Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək Azərbaycanda olan iki yaralı erməni əsirinə lazımi tibbi yardım göstərdi. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".