Bakı. Trend:
Son 30 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə heç bir əməli addım atılmayıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Ermənistan tərəfindən atəşlərin artmasına cavab olaraq Azərbaycan əks-həmlə əməliyyatına başlayıb:
“Bu illər ərzində baş verənləri diqqətə almayan və susanlar nə etdi? Dərhal tərəfləri atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı. Bu, tamamilə qeyri-səmimi mövqedir”.
Nazir əlavə edib ki, bu problemin həlli çox sadədir:
“Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Azərbaycan torpaqlarını, həmçinin Yerevanın göndərdiyi muzdlular və terrorçular tərk etməlidir”.
H.Akar vurğulayıb ki, Türkiyə bundan sonra da Azərbaycanın haqlı mübarizəsini ən yüksək səviyyədə dəstəkləyəcək.