...

Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat

Siyasət Materials 28 Oktyabr 2020 16:48 (UTC +04:00)
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın cinayətkar hakimiyyətinin Bərdə şəhərinə raket atması və 20 nəfərdən çox insanın həlak olması, 70-dən artıq insanın yaralanması Azərbaycan xalqına qarşı erməni vandalları tərəfindən törədilən növbəti soyqırımı əməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, mənfur düşmən öz iyrənc ənənəsini davam etdirərək daha çox insanı qətlə yetirmək üçün qəsdən mülki əhalinin sıx olduğu əraziyə beynəlxalq qanunlarla qadağan edilmiş kasetli raket atəşi açıb:

“Terroru dövlət səviyyəsinə qaldıran cinayətkar Ermənistan hakimiyyəti bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ard-arda müharibə cinayətləri törədir. Döyüş meydanında ordumuz qarşısında tab gətirə bilməyən şərəfsiz düşmən mülki əhalidən qısas almağa çalışır.

Düşmən bu yolla çalışır ki, xalqımızın qələbə əzmini, iradəsini qırsın, ancaq onların bu əməlləri əksinə olaraq xalqımızı daha da gücləndirir, iradəsini möhkəmləndirir. Təəssüflər olsun ki, dünya birliyi də Ermənistanın bu terror əməllərinə səssiz qalır və bu cəzasızlıqdan istifadə edən düşmən daha da azğınlaşır.

Lakin düşmən bilməlidir ki, Azərbaycan ordusu döyüş meydanında bu cinayətlərin qisasını ağır alır və alacaq. Artıq Ermənistanın məğlubiyyəti qaçılmazdır, onlar bilməlidirlər ki, bu terror əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər və cinayətlərinin cavabını ağır ödəyəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti