...

Ermənilərin donuz saxladığı məscid bizim həyətə bitişik idi - Məmər kənd sakini (VİDEO)

Siyasət Materials 6 Noyabr 2020 17:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Biz kənd sakinləri olaraq, müsəlmanlar üçün müqəddəs olan məscidimizdə heyvanların saxlanmasından və onun tövlə kimi istifadə edilməsindən çox hiddətlənmişik.

Bunu Trend-ə Qubadlı rayonunun Məmər kandinin sakini Gülçöhrə Quliyeva deyib.

Əlaqədar beynəlxalq təşkilatları bu fakta münasibət bildirməyə çağıran G.Quliyeva ermənilərin bu hərəkətinin heç də təəccübləndirici olmadığını söyləyib. O, ermənilərin məscidlərə hər zaman hörmətsiz yanaşdığını və bununla bağlı kifayət qədər faktın olduğunu da xatırladıb:

"Mən gözümü bu kənddə açmışam, məscidin binası bizim həyətə bitişik olub. Biz həmişə böyüklərimizdən eşitmişik ki, məscidi təmiz saxlayarlar, oraya heyvan buraxmaq olmaz, insan belə, oraya ayaqlayın daxil olmalıdır. Bura bizim ibadət yerimiz olub. Erməni alçaqlar isə orada "adı bəlli olmayan" heyvan saxlayıblar. Mən onların bu hərəkətinə təəccüblənmədim, çünki onların özlərinin də donuzdan heç bir fərqi yoxdur. Biz buna görə çox hiddətlənmişik və etiraz səsimizi ucaldırıq. Beynəlxalq təşkilatlar ermənilərin bu vandal hərəkətlərinə münasibət bildirməlidirlər".

Qeyd edək ki, ermənilər Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscidi tamamilə dağıdıblar. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti