...

Azərbaycan Prezidenti: Hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq

Siyasət Materials 9 Noyabr 2020 13:25 (UTC +04:00)
Azərbaycan Prezidenti: Hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq

Bakı. Trend:

Hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində jurnalistin "Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?" sualına cavabında deyib.

Dövlət başçısı bildirib:

"Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti