...

Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına tam cavab verir - Deputat

Siyasət Materials 11 Noyabr 2020 11:36 (UTC +04:00)
Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına tam cavab verir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış üçtərəfli bəyanat həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmizdir. Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, bəyannamədə Azərbaycan əsas məqsədinə nail oldu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu o deməkdir ki, həmin sənədə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılacaq və bununla da bu bəyanat regionda uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq”.

Deputat vurğulayıb ki, bəyanatın hər bir bəndi Azərbaycanın milli maraqlarına tam uyğun gəlir: “Artıq Dağlıq Qarabağdakı qondarma rejim də olmayacaq, bu bizim üçün heç vaxt olmayıb və olmayacaq da. Ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçir və burada Azərbaycanın qanunları işləyəcək, pozulmuş beynəlxalq hüquq bərpa olunacaq. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, orada yaşayacaq.

Düşünürəm ki, bu bəyanat böyük perspektivlər açır. Hərbi əməliyyatlar dayandı, atəşkəs bərqərar olundu və bu da o deməkdir ki, artıq qan tökülməsinə son qoyuldu. Digər işğal altında olan ərazilərimiz qan tökülmədən bizə qaytarılacaq və mən düşünürəm ki, bu çox müsbət bir haldır və biz bunun faydasını hələ gələcəkdə görəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti