...

Ermənistan döyüşlər zamanı həqiqətləri gizlədərək informasiya vakumu yaratdı

Siyasət Materials 17 Noyabr 2020 12:11 (UTC +04:00)
Ermənistan döyüşlər zamanı həqiqətləri gizlədərək informasiya vakumu yaratdı

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək işğal altında olan torpaqlarını azad etməyə başladı. Ard-arda kənd və rayonları işğaldan azad edən ordumuzun uğurları yerli və xarici media mənsublarında tirajlansa da, Ermənistan hakimiyyəti və ona işləyən mətbuat, bunların hamısının yalan oldğunu bildirirdi.

Ermənistanda bir informasiya vakumu yaradan iqtidar, xalqa yalan məlumatlar ötürməklə onları son günə kimi həqiqətdən uzaq saxladı. Başda Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan olmaqla Şuşanın azad olunması gününə kimi yalan danışdı. Onlar yalnız Azərbaycan tərəfinin işğaldan azad etdiyi ərazilərdən yaydığı görüntülərdən sonra həqiqətin nə yerdə olduğunu bildirirdilər. Ermənistan qoşunları öz məğlubiyyətini taktiki geri çəkilmə ilə ört-basdır edirdi.

Onlardan biri ən çox müzakirə olunan Hadrut qəsəbəsi idi ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən buranın da separatçı rejimdən azad olduğu təsdiq edilmirdi. İqtidar, insanların başını guya terrorçu qruplaşmalarla döyüşdüklərini bildirən saxta məlumatlarla qatırdı. Məsələn, baş nazir Nikol Paşinyan sentyabrın 27-dən bəri heç bir əsası olmadan, fakt göstərmədən xarici mətbuata müsahibələrində və ictimaiyyətə müraciətlərində ciddi cəhdlə guya Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, Yaxın Şərqdən yaraqlıları hərbi əməliyyatlara cəlb etdiyi iddialarını beynəlxalq və yerli ictimai rəyə aşılamağa çalışırdı.

Şuşa uğrunda gedən döyüşlərdə də yalanları ilə xaqı aldadan Ermənistan iqtidarı, buranı da son günə kimi itirmədiklərini bildirirdi. Separatçı rejimə qulluq edən xarici media üzvləri də müxtəlif yerlərdən qısa video görüntülər təqdim edərək sıravi erməni xalqına yalan məlumatlar yaymaqda böyük səylər göstərdilər.

Bu gün də öz xalqına yalan danışan Paşinyan müharibədə canlı qüvvə və hərbi texnikanın itkisi ilə bağlı statistikanı gizlədir. Həqiqətləri göstərmək və yazmaq istəyən yerli müxalif saytlara isə təzyiq olunur. Media təmsilçilərinin az qala hər addımı izlənilir. Bütün alternativ platformalar susdurulur.

Hakimiyyətə gəldiyi gündən diktatura rejimi quran baş nazir azad medianın da fəaliyyətini məhdudlaşdırıb. Hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür.

Ceyhun Ələkbərov

Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti