...

Koronavirus vaksininin Azərbaycana gətirilməsi üçün müvafiq addımlar atılır

Siyasət Materials 19 Noyabr 2020 14:19 (UTC +04:00)
Koronavirus vaksininin Azərbaycana gətirilməsi üçün müvafiq addımlar atılır

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusa qarşı Azərbaycana vaksinin gətirilməsi istiqamətində müvafiq addımlar atılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, koronavirus vaksininin istehsalı ilə bağlı dünyada gedən proseslər yaxından izlənilir. O qeyd edib ki, beynəlxalq səviyyədə təsdiq olunacaq vaksinin Azərbaycana gətirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti