Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə

Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Tarixi-mədəni, dini abidələrimiz necə qorunursa, digər millətlərə və dinlərə xas olan dəyərlər də həmin qaydada mühafizə edilir. Lakin bütün bunların əksinə olaraq Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan dəhşətli mənzərə ortaya çıxır. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində dini dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Artıq heç kim üçün sirr deyil ki, işğal edilmiş torpaqlarımızda bu kimi vandalizm hərəkətləri bilavasitə Ermənistanın keçmiş və indiki rəhbərliyinin göstərişi ilə törədilib. Bu gün artıq sosial şəbəkələrdə müxtəlif dillərdə yayımlanan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Kəlbəcər şəhərlərimizin məscidlərinin dağıdılması faktı erməni vandalizminin sənədli sübutudur.

Bütün bu faktlar və sübutlar ortada ola-ola bu gün Ermənistan həyasızcasına dünyaya car çəkir ki, guya Azərbaycan işğaldan azad etdiyi ərazilərində erməni kilsələrini və digər xristian məbədlərini dağıdır. Təəssüf ki, ermənilərin 30 il ərzində işğalda saxladıqları Azərbaycan ərazilərində tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, xüsusilə məscidlərimizi təhqir etmələrinə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar iftiraya, yalana, böhtana əsaslanan erməni təbliğatına bir çox hallarda uyur, hətta utanıb-qızarmadan Azərbaycan dövlətindən işğaldan yenicə azad edilmiş Kəlbəcərdə mövcud olan xristian məbədlərinin qorunmasına təminat verməsini istəyirlər. Müzəffər Ali Baş Komandanımız noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətində belələrinə bir daha qətiyyətli və tarixi ədalətə söykənən mesajını çatdırdı: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda vaxtilə təqribən 403 tarixi-dini abidə mövcud olmuşdur: “Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məhz İslam dini abidələri, yəni məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan İslam dininə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub”.

“Ermənilər daha bir vandalizm nümunəsi və əxlaqsızlıq nümayiş etdirərək Ağdamda, Zəngilanda, Qubadlıda məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və ümumilikdə İslam dünyasına qarşı öz nifrətlərini, təhqiramiz hərəkətlərini nümayiş etdiriblər” deyən Vüqar Rəhimzadə əlavə edib ki, düşmən tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılaraq erməniləşdirilməsi prosesi beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılmalıdır: “Lakin çox təəssüflər olsun ki, biz bu gün bunun əksini müşahidə etməkdəyik. Beynəlxalq birlik nəinki ermənilərin tarixi və dini abidələrimizə əsl barbarlara xas olan qeyri-insani münasibətini qınamır, əksinə işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki xristian məbədlərinin taleyindən ciddi narahatlıqlarını ifadə edirlər.”

Baş redaktor bu məqamda diqqəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində dövlətimizin başçısının Ağdam məscidinin qarşısındakı çıxışında söylədiyi bu fikirlərə yönəltmişdir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?”.

Vüqar Rəhimzadə qeyd edib ki, dini və tarixi abidələrə münasibətdə ermənilərin həyata keçirdikləri vandalizm aktlarının qarşısı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qəti şəkildə alınmalıdır: “Bir müddət öncə işğaldan azad olunmuş Qubadlı rayonunun Məmər kəndində yerləşən məscidin yerlə-yeksan edilməsi, eləcə də tarixin saxtalaşdırılması cəhdləri Ermənistanın işğalçılıq siyasətinin əyani sübutları kimi diqqət çəkməkdədir. Məhz işğal olunmuş ərazilərdə çoxəsrlik tarixi olan maddi-mənəvi irsin dağıdılması beynəlxalq hüququn və konvensiyaların, xüsusilə də 1954-cü ildə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının və 1999-cu ildə ona əlavə edilmiş Protokolların tələblərinin kobud şəkildə pozulmasıdır. Bu mənada dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, bütövlükdə dünya ictimaiyyəti diqqəti bu cür barbarlıq və vandalizm əməllərinə yönəltməli, Ermənistanın mədəni və mənəvi terror siyasətini ifşa etməlidirlər”.

Baş redaktor bu baxımdan noyabrın 24-də Azərbaycandakı müsəlman, pravoslav, Alban-udi və yəhudi dini konfessiyalarının rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə ünvanladıqları birgə bəyanatı yüksək qiymətləndirib: “Bəyanatda da qeyd edildiyi kimi, tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmaların rəhbərləri Azərbaycanın sülhsevər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dua verirlər. Eyni zamanda, birgə bəyanatı imzalayan dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırlar. Bu, bir daha Azərbaycanın necə böyük tolerant və multikultural dəyərlərə sahib olan ölkə olduğunu bütün dünyaya bəyan edir”.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqama xüsusi diqqət yönəltdiyini bildirib: "Ermənistan terror dövlətidir. Bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Tarixi Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, erməni faşizminin məhvidir".

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Əkinə yararlı olan 2 200 hektar ərazi minalardan təmizlənib - İdarə rəisinin müavini
Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik
Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin - Dilçilik İnstitutu
Silsilə oğurluqlar edən şəxs işfa olunub
Rusiyada daha 564 nəfər koronavirusdan ölüb
Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub
Qızıl mağazasından oğurluq etmək istəyən şəxs iş başında yaxalandı (FOTO)
Füzuli minalardan belə təmizlənir - Trend TV Füzulidə (FOTO/VİDEO)
Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev
YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
Şamaxıda qanunsuz ov edənlər saxlanılıb (FOTO)
“Dostluq” yatağı Azərbaycanla Türkmənistanı bir-birinə daha da yaxınlaşdıracaq - Deputat
Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri
Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı (FOTO)
Fransalı dövlət katibi Bakıya gəlib (FOTO)
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Cəbrayıl rayonunun Karxulu kəndi (VİDEO)
Şəhid ailələri və qazilər üçün daha nələr nəzərdə tutulur? - "YAŞAT" Fondunun rəhbəri detalları açıqladı (VİDEOLAYİHƏ)
Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu
Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdirinin işi məhkəməyə göndərildi
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 130 km-lik sonuncu hissəsi genişləndirilir (FOTO)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru və bir neçə vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Premium resort kompleksdə mənzil sahibi olmaq artıq daha asandır (FOTO)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcıları tələblərə əməl etməyə çağırır
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir (FOTO/VİDEO)
Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi
Hindistanda "TikTok" qadağan olundu
Hərbçi və şəhid ailələrinə psixoloji yardıma xarici mütəxəssislər cəlb edilib - Nazir
2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib (FOTO/VİDEO)
6 kiloqram heroin dövriyyədən çıxarıldı
Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
Xaçmazda ev yanıb
Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir - Səfir
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub
ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb
Yanvarın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Türk şirkətlərinin Qarabağda tekstil sahəsinə yatırımları yeni iş imkanları yaradacaq - Ekspert
Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib
Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər
Hindistanda helikopter qəzaya uğrayıb, pilot həlak olub
Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb
Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb
Fransada ötən sutka koronavirusdan 445 nəfər ölüb
Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir
Kanadada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb
ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib
Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb
Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfəri ötüb
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər