...

Fransa bu cür qərəzli münasibətlə Minsk Qrupunda fəaliyyət göstərə bilməz - Deputat

Siyasət Materials 26 Noyabr 2020 12:26 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Fransa o ölkədir ki, öz vətəndaşlarının aksiyalarını atlarla, ən müxtəlif kəskin üsullarla dağıdaraq insanların ölümünə və ağır yaralanmasına səbəb olub. Buna görə də, bu ölkədən hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır.

Trend-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatının müzakirəsi zaman deyib.

F.Ağamalı bildirib ki, Azərbaycan Fransa ilə əlaqələrinə ciddi düzəlişlər etməlidir: “Eyni zamanda senat ilə bizim Parlament arasındakı münasibətlər, ticari-iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Fransa birmənalı şəkildə ATƏT-in Minsk Qrupundan getməlidir. Çünki Fransa bu cür qərəzli münasibətlə ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərə bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti