Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH

Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Bəşər tarixində baş verən bütün müharibələr böyük dağıntılar, faciələr, insan ölümləri, psixoloji sarsıntılarla müşayiət olunub. Ancaq haqq, ədalət uğrunda, işğalçıya, qəsbkara qarşı aparılan müharibələr nə qədər ağır itkilərlə müşayiət olunsa da, öz torpağı, Vətəni uğrunda ölüm-dirim mübarizəsi aparan xalqların qürur mənbəyinə, qəhrəmanlıq səlnaməsinə çevrilib, onların real zamandakı və tarixdəki yerlərini müəyyənləşdirib.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli deyib ki, bu baxımdan, Vətən Müharibəsi adlandırdığımız ikinci Qarabağ savaşının qəhrəmanları öz adları ilə yanaşı, Azərbaycan xalqının və dövlətinin də adını haqq, ədalət uğrunda savaşan və qalib gələn millətlərin sırasına yazaraq, qürurumuzu bayrağımızın ucaldığı bütün yüksəkliklərə qaldırıblar:

“Uzun illərdən bəri düşmənlərimiz və onların havadarları tərəfindən təhrif olunmuş şəkildə dünyaya təqdim olunan Azərbaycanlı obrazının gerçək cizgiləri məhz Azərbaycan ordusunun rəşadəti, şəhidlərimizin müqəddəs qanı sayəsində daha qabarıq görünməyə başlayıb. Hazırda bu günün və gələcəyin Qalib Azərbaycanlıları olaraq, tarixi obrazımızı özmüzə qaytardıqlarına görə Azərbaycan xalqının əbədi qəhrəmanlıq abidəsinin memarlarına – Ali Baş Komandana, şəhid və qazilərimizə Azərbaycan ordusunun hər bir əsgər və zabitinə borcluyuq.

Xüsusi olaraq qeyd etməliyəm ki, 30 illik bir fasilədən sonra öz tarixi torpaqlarını azad etmək çox nadir xaqlara nəsib olan xoşbəxtlikdir. Bu həm də bizim döyüş ruhumuzdan, əzmkarlığımızdan, məğlubiyyətlə barışmamaq qürurumuzdan, qətiyyətimizdən, yenidən toparlanmaq bacarığımızdan xəbər verir. İkinci Qarabağ savaşında Azərbaycanın rəşadətli əsgər və zabitlərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələri dünya hərb tarixinə əbədilik həkk olunacaq, başımızı hər zaman uca edəcək.

Dağlıq Qarabağın bir çox əraziləri müdafiə üçün ideal şəraitə malik olduğuna görə, ordumuz üçün əlavə çətinliklər qaçılmaz olub. Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə səddləri qurub, istahkamlar tikib. Düşmən işğalı davam etdirmək və qarşı tərəfə maksimum itki vermək üçün bütün mümkün vasitələrdən yararlanıb, yeraltı yollar, lağımlar salıb, bəzən ağır artilleriya atəşinin, raketlərun belə dağıda bilmədiyi bunkerlər yaradıb.

Düşməni və havadarlarını sarsıdan da uzun illərdən bəri görülən hazırlıqların, qurulan istehkamların və bu istehkamların arxasında daldalanan “məğlubedilməz erməni əsgəri” mifinin Azərbaycan əsgəri tərəfindən yerlə bir edilməsidir. Azərbaycan Ordusu düşmənin öz çoxsaylı havadarlarının köməyi ilə bir neçeə il ərzində işğal etdiyi və 30 ilə yaxın zaman şərçivəsində möhkəmləndiyi torpaqlarımızı 44 gün ərzində və minimum itkilərlə azad edib. Azərbaycan ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoyu”.

E.Mirzəbəyli vurğulayıb ki, bu gün müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia edən Ermənistan hökumətinin növbəti dəfə öz ictimaiyyətini aldatdığı aydın görünür:

“Hərbi əməliyyatlarda dronların istifadəsi zamanı yüzlərlə düşmən texnikasının sıradan çıxarıldığı, qrup halında şəxsi heyətin məhv edildiyinə dair çoxsaylı kadrlar var. Təkcə bu kadrların təhlili, habelə kadrlara düşməmiş çoxsaylı əməliyyatlar zamanı düşmənin böyük itkilər verməsi sübuta yetirir ki, Ermənistanın itkiləri ən azı 10 min nəfər civarındadır. Döyüş əməliyyatlarının ən qızğın vaxtlarında Ermənistan tərəfinin xəstəxanalarındakı çarpayı sayı və digər məqamlarla bağlı açıqladığı statistik göstəriciləri hesablamaqla, hələ oktyabrın ikinci ongünlüyündə düşmən ölkənin 10 min nəfər yaxın yaralı hərbçisinin olduğunu yazmışdım. Amma unutmaq lazım deyil ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki Ermənistan hərbi birləşmələrinin şəxsi heyətinin əhəmiyyətli hissəsini muzdlular təşkil edib. Ermənistan hökuməti isə, ancaq Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır.

Açıqlanan rəqəmlərdə Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır. Bu mövzuda danışmaq ağır olsa da müharibənin özü ilə bərabər böyük dəhşətlər gətirdiyini də unutmaq lazım deyil. Azərbaycan Ordusu dağlıq ərazilərdə, dərin meşəliklərdə əməliyyatlar aparıb, zabit və əskərlərimiz şiddətli döyüşlərdə iştirak ediblər. Bir sıra hallarda həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkün olmayıb. Hər birimizin doğması, əzizi olan qəhrəmanlarımızın nəşinin bu ərazilərdən çıxarılması, nə qədər ağrılı olsa da vaxt tələb edir.

Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən də ermənilərin xüsusi qəddarlığı, əsir götürülmüş, həlak olmuş vətəndaşlarımız və hərbçilərimizlə insanlığa sığmayan, amansız davranışları onu deməyə əsas verir ki, bəzi hallarda həlak olmuş hərbçilərimizin taleyi haqqında məlumat əldə etmək bizim üçün müəyyən çətinliklər yarada biləcək. Unutmaq lazım deyil ki, döyüş əməliyyatlarında müasir və dağıdıcı silahlardan istifadə olunub. Bu baxımdan şəhidlərimizin arasında itkin düşən, dağıdıcı silahların təsirinə məruz qalaraq tanınmaz halda olan əsgər və zabitlərimizin olması da mümkündü . Təəssüf ki, müharibənin acı reallıqları belədir. Amma şübhə etmirəm ki, Azərbaycan dövləti öz qəhrəmanlarına, onların layiq olduğu sayğını, ehtiramı göstərmək üçün bütün imkanlardan istifadə edəcək.

Bu səbəbdən də, müharibədə əzizləri itkin düşən, cəsədləri tanınmaz halda olan qardaşlarımızın, övladlarımızın doğmaları, nə qədər çətin olsa da səbr və təmkin nümayiş etdirməli, Azərbaycan xalqının hər bir nümayəndəsinin onların ağrı-acısına şərik olduğundan əmin olmalıdırlar. Azərbaycanın ırazi bütövlüyü uğrunda şəhid olan, qazi olan vətəndaşlarımızın hər biri bizim doğmalarımız, əzizlərimizdir. Dövlətimiz, xalqımız şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaq, onların doğmalarının, yaxınlarının daim diqqət mərkəzində olmaları üçün mümkün olan hər şeyi edəcək. Bunu Birinci Qarabağ müharibəsinin təcrübəsi də sübuta yetirir. Bu gün bizim ən böyük təsəllimiz bu ağır müharibədən şərəflə çıxmağımızdır. Şəhidlərimiz qanı yerdə qalmayıb! İşğaldan azad edilən torpaqlarımız şəhid və qazilərimizin qanı ilə yuyulub, müqəddəsləşib. Şəhidlər ölmür, onlar nicatı uğrunda canlarını fəda etdikləri xalqın yaddaşında daim yaşayırlar!”.

SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
Loading Bars
Xəbər lenti
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Bütün xəbərlər