...

Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov

Siyasət Materials 4 Dekabr 2020 14:45 (UTC +04:00)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov

Bakı. Trend:

Dağlıq Qarabağın kimə aid olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.

Trend-in Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu ərazinin kimə məxsus olması BMT Təhlükəsizlik Şurasının kifayət qədər çoxdankı qərarları ilə müəyyən edilib" - Peskov deyib.

Qarabağdakı sülhməramlılar məsələsinə toxunan D.Peskov bildirib ki, kontingent öz fəaliyyətini münaqişənin tərəfləri ilə razılaşdırır:

“Orada rəhbər yoxdur, iki münaqişə tərəfi var – Ermənistan və Azərbaycan. Onlar Rusiya tərəfi ilə birgə bəyanatı imzalayıb və bu bəyanatın icrası naminə rusiyalı hərbçilər, eləcə də Rusiya humanitar missiyası öz fəaliyyətini həm azərbaycanlılarla, həm də ermənilərlə əlaqələndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti