Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Siyasət Materials 7 Dekabr 2020 16:08 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti