...

Praqada ermənilərin təxribatının qarşısı alınıb (FOTO)

Siyasət Materials 16 Dekabr 2020 08:57 (UTC +04:00)
Praqada ermənilərin təxribatının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Praqa şəhərində yaşayan azərbaycanlı icması tərəfindən ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar.

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti