...

Azərbaycan Ordusu bu gün regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir - Deputat

Siyasət Materials 3 Yanvar 2021 11:45 (UTC +04:00)
Azərbaycan Ordusu bu gün regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir - Deputat

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində böyük zəfərlərə imza ataraq tarixi torpaqlarımızı işğaldan azad etməyə nail oldu. Onu da deyim ki, Vətən müharibəsi həm işğalçı ölkə ordusunun acınacaqlı məğlubiyyəti ilə başa çatıb, həm də əldə etdiyimiz qələbə sayəsində bölgədə yeni reallıqlar yaranıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizmini məhv edən Azərbaycan Ordusu bu gün regionda təhlükəsizliyin qarantı rolunda çıxış edir. Bütün bunların fonunda Ermənistanın düşdüyü durum isə olduqca vahiməli və ümidsizdir. Paşinyan hakimiyyəti isə etirazların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır:

"Bir sözlə, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, işğalçı ölkədə daxili qarşıdurma pik həddə çatıb” .

Xüsusi olaraq vurğulamalıyıq ki, Ermənistanın bu duruma düşməsinin əsas səbəbi məhz son otuz il ərzində bu ölkənin rəhbərlərinin apardığı işğalçılıq siyasəti, həmçinin Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti