...

Azərbaycan Prezidenti: 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir

Siyasət Materials 11 Yanvar 2021 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti: 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir

Bakı. Trend:

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiya Prezidenti və Ermənistanın baş naziri ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti