...

Ermənistanda növbəti etiraz aksiyası keçirilib - Onlarla saxlanılan var

Siyasət Materials 9 Fevral 2021 11:48 (UTC +04:00)
Ermənistanda növbəti etiraz aksiyası keçirilib - Onlarla saxlanılan var

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar İqtisadiyyat Nazirliyinin qarşısına toplaşıb.

Onlarla şəxsin polis bölməsinə aparıldığı deyilir.

Qeyd edək ki, Ermənistanda N.Paşinyanın istefası tələbi ilə etirazlar ötən ilin noyabrından etibarən davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti