Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində olub, şəhidin ailə üzvləri ilə görüşüb, məzarını ziyarət edərək önünə Müdafiə Nazirliyi adından çələng qoyub.

Şəhidin ailə üzvləri qonaqları səmimiyyətlə qarşılayıb. İgid tankçının şəxsi əşyaları, təltifləri və ona təqdim edilmiş qiymətli hədiyyələr saxlanılan xatirə guşəsi önündə şəhidin qısa, ancaq şərəfli ömür yolu bir daha xatırlanıb, Vətən üçün belə igid oğul böyüdüb, tərbiyə etdiklərinə görə valideynlərinə minnətdarlıq edilib.

Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.
Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Şəhidin ailə üzvlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayan polkovnik A.Qurbani ötən ilin dekabr ayının 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi. Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə böyük Azərbaycan sevdalısı hörmətli Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq üç gün sonra şəhid olması xəbəri Türkiyənin Milli Müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirmiş və Türkiyəyə qayıtdıqdan sonra hörmətli Hulusi Akar Məmiyevlər ailəsinə belə bir məktub ünvanlamışdır:
“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə
Əziz, qiymətli Məmiyevlər ailəsi,

Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı öz torpaqlarını qurtardığı 44 günlük dastana dönən mücadiləsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzmüşdür.

Baş leytenant V.Məmiyev Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.

Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaqdır. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaqdır.
“İki dövlət, tək millət” olan Türkiyə və Azərbaycan kədərdə və sevincdə birdir, bərabərdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanlarıyla sonuna qədər Azərbaycan Türkü qardaşlarımızın yanında olmağa davam edəcəkdir.
Şəxsən və Milli Müdafiə Nazirliyi əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbr diləyir, başsağlığı verirəm.
Münasib bir vaxtda əziz şəhidimizin qiymətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və sayğılarımla, Hulusi Akar”

Şəhidin qardaşı Vüsal Məmiyev (Qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Prezident təqaüdünə layiq görülüb və universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Amerikanın nüfuzlu informasiya və texnologiya şirkətlərindən birində proqramlaşdırma üzrə komanda rəhbəri vəzifəsində çalışır) qonaqları salamlayaraq deyib:

“Ötən ilin avqustunda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən az sonra rayona qısamüddətli məzuniyyətə gəlmişdi. Mən də həmin gün kənddə idim. Birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçularının və bölmələrinin yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiklərindən, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarından və bu əmri səbirsizliklə gözlədiklərindən həvəslə danışırdı.

Türkiyənin Milli Müdafiə naziri hörmətli Hulusi Akarla görüş onun həyatında unudulmaz bir iz buraxmışdı.

Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi günü”ndə qardaş Türkiyənin Milli Müdafiə nazirinin Valehi şəxsən qiymətli hədiyyə ilə mükafatlandırması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mücadilədə ona uğurlar arzulaması Valehin döyüş ruhunu, qələbəyə inamını daha da yüksəltmişdi. O, cənab Hulusi Akara söz vermişdi ki, Türkiyə hərbçiləri ilə birgə təlimlərdə qazandıqları uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaqdır. Qardaşım sözünə, vədinə əməl etdi. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında başımızı göylərə ucaltdı.
Valehin ilk müəllimlərindən olan İqbal Babayev vaxtilə dərs dediyi sevimli şagirdi haqqında fəxrlə danışıb.

“O, nəinki ailəsinin, kəndimizin, eləcə də Azərbaycan Ordusunun, xalqımızın adını yüksəklərə qaldıran igidlərimizdəndir. Valeh kimi şəhid oğulların sayəsində torpaqlarımızın 30 illik həsrətinə son qoyuldu. Bu gün hər birimizin başı dikdir. Biz qalib dövlətin vətəndaşı olmağımızla fəxr edirik və nə qədər Azərbaycan var, qədirbilən xalqımız var, tarixi qələbəni bizə bəxş edən şəhidlərimiz əbədi yaşayacaqlar”, - deyib.

Kənd ziyalısı Fərhad Məmiyev digər sahələrlə yanaşı, kənd cavanlarının hərbi peşələrə də böyük maraq göstərdiklərini, hazırda Azərbaycan Ordusunda ucqar dağ kəndindən 100-ə yaxın hərbi qulluqçunun xidmət etdiyini, onlardan 6 nəfərin şəhid olduğunu, mayor Elçin Mansurovun ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldüyünü nəzərə çatdırıb.

Şəhidlərin xatirəsinin əziz tutulduğu, onların ailəsinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə danışan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Kürəkçi kənd inzibati-ərazi üzrə nümayəndəsi Ruslan Əkbərov bildirib ki, Məmiyevlər ailəsi də həmişə dövlətin və Müdafiə Nazirliyinin diqqət mərkəzində olub, bundan sonra da daim diqqətdə saxlanılacağına əminik.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə baş leytenant Valeh Məmiyevin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsi döyüşçüyə verilən ən yüksək qiymətdir”, - icra nümayəndəsi deyib.

Məzahir Eyvazov qardaş Türkiyənin Milli Müdafiə naziri hörmətli Hulusi Akara şəhid ailəsinə göstərdiyi diqqətə görə kənd sakinləri adından minnətdarlığını bildirib.
Tükiyənin Milli Müdafiə nazirinin məktubunu ehtiram hissi ilə qəbul edən şəhidin atası İsbat Məmiyev deyib:

“Yeni ilin ilk günlərində hörmətli Hulusi Akar telefon açaraq ailəmizin hər bir üzvü ilə ayrılıqda danışdı. Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi. Yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “iki dövlət, bir millət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik.”

Qardaş Türkiyənin Milli Müdafiə nazirinin Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu bu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi hörmətli Hulusi Akara cavab məktubu ünvanlayıblar.

Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Loading Bars
Xəbər lenti
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər