Bakı. Orxan Nəbiyev - Trend:
ATƏT əvvəlki kimi Dağlıq Qarabağ regionunda dayanıqlı sülhün təmin olunması üçün vasitəçilik missiyalarını təşkil etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının qış sessiyasında Assambleyanın sədri Piter Lord Bauness deyib.
O bildirib ki, ATƏT Azərbaycanın bütün azad edilmiş ərazilərində dayanıqlı sülhün təmin olunmasında fəal iştirak etməyə hazırdır.