...

Azərbaycan-Tacikistan parlamentlərarası işçi qrupunun üzvləri Tacikistan səfiri ilə görüşüb

Siyasət Materials 11 Mart 2021 15:38 (UTC +04:00)
Azərbaycan-Tacikistan parlamentlərarası işçi qrupunun üzvləri Tacikistan səfiri ilə görüşüb

Bakı. Trend:

Bu gün Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası işçi qrupunun üzvlərinin Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşü olub.

Trend-in məlumatına görə, görüşdə iki ölkə və iki ölkə parlamentlərinin əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə edilib.

Milli Məclisin deputatları Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad eilməsindən sonrakı gedən böyük proseslərdən, haqq işimizin dünyada daha çox tanınmasından danışıblar.

Tacikistan səfiri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyindən, ökəsinin daima Azərbaycanın yanında olmasından, Azərbaycanın tacik kadrlarının hazırlamasında dəstəyindən, COVİD-19-a qarşı mübarizədə Azərbaycanın Tacikistana köməyindən danışıb və ölkəmizə və Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Görüşdə Tacikistan Ali Məclisinin Nümayəndələr Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Murtuzozada Cəmşidlə onlayn əlaqə yaradılıb və iki ölkənin parlament dostluq qruplarının sıx əlaqəsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti