...

Prezident İlham Əliyev: Vaqifin məqbərəsində işlərə start verilib, tarixi bərpa edirik

Siyasət Materials 17 Mart 2021 09:58 (UTC +04:00)
Prezident İlham Əliyev: Vaqifin məqbərəsində işlərə start verilib, tarixi bərpa edirik

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vaqifin məqbərəsində aparılan işlərlə tanış olub

Dövlət başçısı bildirib:

“Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti