...

Ağdamda bütün yaşayış məntəqələri və məscidlərin dağıdılmasının şahidi olduq - İƏT nümayəndəsi

Siyasət Materials 8 Aprel 2021 11:52 (UTC +04:00)
Ağdamda bütün yaşayış məntəqələri və məscidlərin dağıdılmasının şahidi olduq - İƏT nümayəndəsi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işaldan azad edilmiş ərazilərində böyük dağıntıların şahidi olduq.

Trend-in məlumatına görə, bunu Əfqanstanın İslam Əkəkdaşıq Təşkilatındakı (İƏT) daimi nümayndəsi Şafiq Samim İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin ərazilərdə salamat yer qalmayıb: “Biz bütün yaşayış məntəqələrinin və məscidlərin dağıdılmasının şahidi olduq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirik. Bu müharibə ərəfəsində və müharibə zamanı Prezident İlham Əliyev Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qalmasını bütün dünyaya çatdırmağa nail oldu.

Biz eyni zamanda Gəncə şəhərini ziyarət etdik və orada dinc sakinlərin bombalanmasını gördük. Mən Əfqanıstanda bu barədə məlumat yayılmasına, televiziyalarda göstərilməsinə nail olmağa çalışacağam”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti