...

İƏT Qarabağda mədəni abidələrə dəyən ziyanı hesablayacaq - Baş katibin köməkçisi

Siyasət Materials 8 Aprel 2021 12:36 (UTC +04:00)
İƏT Qarabağda mədəni abidələrə dəyən ziyanı hesablayacaq - Baş katibin köməkçisi

Bakı. Elçin Mehdiyev – Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda mədəni abidələrə dəyən ziyanı qiymətləndirmək üçün iş aparacaq.

Trend-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu münaqişə nəticəsində Azərbaycanda mədəni abidələrə ciddi ziyan dəyib:

“Biz bu məlumatları həm dünya ictimaiyyətinə çatdırmaq, həm də dəymiş ziyanı qiymətləndirmək üçün fəaliyyət göstərəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti