...

AŞ PA məruzəçisi Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 14 İyun 2021 13:48 (UTC +04:00)
AŞ PA məruzəçisi Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Pol Qavan yayda Azərbaycana səfər etməyi planlaşdırır.

Trend bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Qeyd olunur ki, səfər P.Qavanın "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar fəsadları" adlı məruzəsinin başa çatması üçün planlaşdırılır.

Eyni zamanda P.Qavan Ağdam rayonunun mina xəritələri müqabilində Azərbaycan tərəfindən 15 erməninin təhvil verilməsini alqışlayıb.

O bildirib ki, Qarabağ münaqişəsinin humanitar fəsadlarının azaldılması üçün addımlar atmaq vacibdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti