...

Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

Siyasət Materials 14 İyun 2021 20:59 (UTC +04:00)
Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Elgün Mənsimov - Trend:

Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra reallaşdıracağı Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq.

Bunu Trend-ə açıqlamasında Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib.

Onun sözlərinə görə, bu səfər zamanı keçən il azadlığına qovuşan Şuşanın ziyarət edilməsinin də ayrı bir önəmi var: "Türk dünyasının mədəniyyət mərkəzlərindən biri olan Şuşada Türkiyə-Azərbaycan qardaşlığı bir daha vurğulanacaq. Türkiyə-Azərbaycan birliyini möhkəmləndirəcək bu ziyarətlə bütün dünyaya iki ölkə arasındakı qardaşlığın güclənərək davam etməsi ilə yanaşı, regional məsələlərdə bərabər hərəkət etdikləri və edəcəkləri ilə bağlı güclü bir mesaj verilmiş olacaq".

Ə.Kızıltaş əlavə edib ki, Türkiyə və Azərbaycan arasında getdikcə inkişaf edən qardaşlıq münasibətləri bundan sonra da hər iki ölkənin lehinə olacaq və onların bölgədəki nüfuzunu gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti