...

Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb - ABŞ səfiri

Siyasət Materials 16 İyun 2021 17:36 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb - ABŞ səfiri

Bakı. Trend:

Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan Əfqanıstanda sülhməramlı missiyaya öz sadiqliyini nümayiş etdirib:

"Azərbaycan sülhməramlıların Əfqanıstana göndərilməsi zamanı vacib nəqliyyat qovşağına çevrilmişdi. Əldə olunmuş uğurlara baxmayaraq, Azərbaycan sülhməramlı fəaliyyətində peşəkarlığını yüksəltməyə davam edir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti