...

İranın yeni prezidenti ilə Oman sultanı arasında telefon danışığı baş tutub

Siyasət Materials 24 İyul 2021 23:51 (UTC +04:00)
İranın yeni prezidenti  ilə Oman sultanı arasında telefon danışığı baş tutub

Bakı. Trend:

İran İslam Respublikasının yeni prezidenti İbrahim Rəisi Oman sultanı Haytam bin Tariq ilə telefon danışığı aparıb.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, söhbət əsnasında İran prezidenti qonşu ölkələrlə danışıqların yeni hökumətin diplomatiyasının prioriteti olacağını söyləyib.

İbrahim Rəisi qarşılıqlı siyasi etimad sayəsində İran-Oman əlaqələrinin genişləndirilməsinin qazanıla bilən hədəf olduğunu qeyd edərək bildirib: "İki xalq arasındakı qardaşlıq və iki hökumət arasındakı dostluq tarixi o qədər dərin və güclüdür ki, regional və beynəlxalq hadisələr heç vaxt onları zəiflətməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti