...

Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Avqust 2021 13:06 (UTC +04:00)
Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Trend-in məlumatına görə, məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

XXX

12:01

Milli Məclisin İntizam komissiyası Baş prokurorluğun müraciətinə baxır.

Trend-in məlumatına görə, hazırda komissiyanın iclası keçirilir.

İclasa polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyevin Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti