...

BMT-in Baş katibi Cenevrədə Əfqanıstanla bağlı nazirlər toplantısı keçirəcək

Siyasət Materials 4 Sentyabr 2021 05:27 (UTC +04:00)
BMT-in Baş katibi Cenevrədə Əfqanıstanla bağlı nazirlər toplantısı keçirəcək

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 13-də Cenevrədə Əfqanıstana humanitar yardım üzrə nazirlər toplantısında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Baş katibi ofisinin açıqlamasında bildirilib.

Sənəddə qeyd olunub: "BMT Əfqanıstan xalqı ilə həmrəy olaraq qalır, buna görə də Baş katib ölkənin artan ehtiyaclarını ödəmək üçün sentyabrın 13-də yüksək səviyyəli humanitar nazirlər toplantısı çağırmaq üçün Cenevrəyə gedəcək".

Beynəlxalq təşkilatın Baş katibinin nümayəndəsinin sözlərinə görə, görüş ölkədəki humanitar əməliyyatın maliyyə vəsaitinin artırılması məqsədi daşıyacaq. Toplantı, həmçinin əfqanların əsas xidmətləri almağa davam etmələri üçün "tam və maneəsiz" humanitar çıxış təmin etməyinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti