...

Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq - Səfir

Siyasət Materials 8 Sentyabr 2021 20:58 (UTC +04:00)
Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq - Səfir

Bakı. Trend:

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.

"Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir" - deyə, səfir bildirib.

Xəbər lenti

Xəbər lenti