...

Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq - Pakistan Ombudsmanının müşaviri

Siyasət Materials 15 Sentyabr 2021 12:50 (UTC +04:00)
Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq - Pakistan Ombudsmanının müşaviri

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan xalqı və Azərbaycan ordusu ilə qürur duyuruq ki, Qarabağın işğalına son qoydular.

Trend-in məlumatına görə, bunu Pakistan Ombudsmanının müşaviri Məhəmməd Cavid Qani jurnalistlərə açıqlamasında deyib.

Pakistan Azərbaycan ordusunu və Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir:

“Pakistan və Pakistan xalqı adından şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Nəhayət ki, ədalət bərqərar oldu və erməni işğalı altında olan Qarabağ azad edildi. Pakistan ermənilərin törətdiyi vandalizmə qarşıdır və bu mövzuda hər zaman Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında dəstəkləyib və dəstəkləyəcək. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti