...

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

Siyasət Materials 15 Sentyabr 2021 15:17 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb.

Trend-in məlumatına görə, bu barədə nazirlik "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etməklə azərbaycanlı qardaşlarımızın qəlbində taxt qurdu. Bu özəl günü təbrik edir, şəhid və qazilərimizi anırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti