...

Kamran Əliyev Rusiya və Ermənistan baş prokurorları ilə görüşdən danışıb (FOTO)

Siyasət Materials 1 Oktyabr 2021 10:38 (UTC +04:00)
Kamran Əliyev Rusiya və Ermənistan baş prokurorları ilə görüşdən danışıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirilib.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, görüşdə razılığa gəlindi ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlıq davam etsin:

"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılmasıdır. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti