“Müstəqillik Günü haqqında” qanun layihəsi AXC ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyi ifadə edir - Vüqar Rəhimzadə

“Müstəqillik Günü haqqında” qanun layihəsi AXC ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyi ifadə edir - Vüqar Rəhimzadə

Bakı. Trend:

XX əsrdə Azərbaycanın dövlət müstəqilliyini həm qazanması, həm də məlum səbəblərdən çox qısa müddətdə itirərək əsrin sonlarında yenidən bərpa etməsi özündə bir çox mühüm məqamları ehtiva edir. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi iki ilə yaxın yaşasa da zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyaraq, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırladı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Məhz 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsi kimi dəyərləndirildi. Bu baxımdan 28 may 1918-ci il tarixinin Müstəqillik, 18 oktyabr 1991-ci il tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, eyni zamanda, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi: “Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Xalq Cümhuriyyətinin varisi elan edilməsi ölkəmizin beynəlxalq aləmə təqdimatında əhəmiyyətli rol oynadı. Beynəlxalq ictimaiyyət Azərbaycanın zəngin dövlətçilik tarixinə, ənənələrə malik ölkə olduğunu görür və qəbul edir. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri bu reallığı daim bəyan edirlər ki, Azərbaycan ənənələri olan ölkədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın demokratiya təcrübəsinə malik, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olması xüsusi qeyd edilərək, gələcəkdə Aİ ilə ölkəmiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilir”.

“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan inkişaf yolunda inamlı addımlarla irəliləyir” söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın günlərdə müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcək Azərbaycan Respublikası dünya miqyasında sabitlik diyarı, iqtisadi möcüzələr, demokratiya təcrübəsi nümunə olan ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. İqtisadi müstəqillik siyasi müstəqilliyə geniş imkanlar açaraq Azərbaycanın dünya birliyinin layiqli üzvü, beynəlxalq miqyasda söz sahibi kimi tanınmasında əhəmiyyətli rol oynayır. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təmələ əsaslanaraq son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təkmil islahatlar nəticəsində dünyanın ən islahatçı ölkəsi kimi nüfuz qazanıb. İqtisadi uğurlarımız bütün sahələrdə yüksək göstəricilərə, o cümlədən müstəqilliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə, döyüş ruhunun artmasına, bir sözlə, dünyanın ən güclü orduları sırasında qərarlaşmasına yol açdı. Azərbaycanın davamlı inkişafı xalqımızın birliyində, həmrəyliyində özünün aydın ifadəsini tapdı. Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizin qarşısında açdığı imkanlar hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradaraq həyata keçirilən siyasətə dəstəyin ifadəsi kimi ölkə Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik, həmrəylik müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını təmin etdi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı çətinliklərdən xilasının, dayanıqlı inkişafının təmin olunmasının yollarını açıqlayarkən etdiyi çağırışlardan biri də bu oldu ki, ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Məhz bu amillər 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı".

“Bu gün tarixi Qələbəmizin yaratdığı reallıqları yaşayırıq. Zəfərimiz, Azərbaycan ərazisində artıq Dağlıq Qarabağ adlı ərazi vahidinin olmaması, münaqişənin tarixə qovuşması ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzlərə yenidən baxışı zərurətə çevirir. 28 may tarixinin Müstəqillik, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında ikinci oxunuşda qəbul olunan «Müstəqillik Günü haqqında» qanun layihəsi keçilən yolun təhlili fonunda hadisələrə yenidən baxışı özündə ehtiva edir. Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılmasını, tarixi torpaqlarımızda qurulmuş indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunmasını və digər məsələləri də aktuallaşdırdı. Düzəlişlər ümumilikdə AXC ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir", - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur (FOTO)
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
Rusiyada koronavirusdan ölənlərin sayı 225 mini ötüb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Sabah yağış yağacaq, külək əsəcək
İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir (VİDEO)
Azərbaycan əhalisinin sayı artıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)
MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO)
Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib (FOTO)
İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA
Xidmət rəisi balıq ovçularını sintetik torlardan istifadəyə son qoymağa çağırıb
Özünü nazirlik işçisi adlandıran dələduz saxlanılıb
Baş prokurorluq qanunsuz torpaq alqı-satqısı ilə bağlı vətəndaşlara müraciət etdi (VİDEO)
Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA
Sabahdan Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" sərgisi keçiriləcək
Abşeronda taksi sürücüsü qadın müştərini qarət etdi (FOTO/VİDEO)
Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov
Çayxanada aşkarlanan koronavirus xəstəsi evə qaytarılıb
PwC yeni strategiyanın tətbiqinə start verdi: The New Equation
İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır
Daha bir neftdaşıyan tankerin xarici sularda istismarına başlanılıb
Azərbaycan nefti ucuzlaşıb
Suqovuşanda balıq tutmaq istəyən şəxs saxlanılıb (FOTO)
"VKontakte"nin işində qüsurlar yaranıb
İcra hakimiyyətlərindəki monitorinq qruplarının işi bizi qane etmir - Komitə
Bu, dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcək - “Baku Steel Company”dən yenilik
Bakıda daha bir məktəb distant tədrisə keçib
Distant təhsilə keçilsə, 500 mindən çox şagird və tələbə tədrisdən kənar qalacaq - Ekspert
Laçında komanda-qərargah təlimi başlayıb
“Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
NEQSOL Holding Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib
Həbsdə olan jurnalistin istintaqı yekunlaşmaq üzrədir
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı
Xarici valyutaların manata qarşı məzənnələri
Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqlayıblar
Bütün xəbərlər