...

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)

Siyasət Materials 16 Oktyabr 2021 11:31 (UTC +04:00)
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı "Twitter" səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: "Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti