...

Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov

Siyasət Materials 17 Oktyabr 2021 16:00 (UTC +04:00)
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıması baxımından mühüm əhəmiyyət kəsb etməklə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin davamıdır. Bu baxımdan bu ssərəncam növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat billdirib ki, bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır:

“2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb.
Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb”.

A.Hüseynov vurğulayıb ki, yeni Sərəncam sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır:

“Yəni, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır.

Beləliklə, 2022-ci il yanvarın 1-dən ölkə üzrə 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək".

Qeyd edək ki, artıq Maliyyə Nazirliyi tərəfindən əməkhaqları, pensiya və müavinətlərin artırılmasının gələn ilin dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb.

Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti