...

Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Siyasət Materials 28 Oktyabr 2021 18:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti