...

Qətər Azərbaycanla münasibətlərini qoruyub saxlamağa sadiqdir - Səfir

Siyasət Materials 16 Dekabr 2021 22:17 (UTC +04:00)

Bakı. Trend:

Qətər-Azərbaycan münasibətləri ümumi dəyərlərə, möhkəm dostluq əsaslarına, birgə əməkdaşlıq, qarşılıqlı maraqlara əsaslanır və iki ölkə arasında hörmət və qarşılıqlı etimadla möhkəmlənir.

Trend-in məlumatına görə, bu barədə Qətərin fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xinzab bildirib.

Səfir bildirib: "Ölkələrimizin daha da çiçəklənməsinə nail olmaq üçün bütün siyasi, iqtisadi və sosial sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələr hər iki ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən böyük maraq doğurur".

O əlavə edib ki, Qətər siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadilələrini, hər iki ölkənin şirkətləri üçün investisiya imkanlarını təşviq etməklə Azərbaycanla münasibətlərini qoruyub saxlamaq, perspektivli, firavan gələcəyə doğru irəliləməkdə sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti