...

Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir - SORĞU

Siyasət Materials 24 Dekabr 2021 15:15 (UTC +04:00)
Azərbaycan vətəndaşların 91,2 faizi Prezidentə tam etibar edir - SORĞU

Bakı. Trend:

Sosial Tədqiqatlar Mərkəzinin "İnam İndeksi" jurnalının VI buraxılışında Prezidentin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.

Sosial Tədqiqatlar Mərkəzindən Trend-ə verilən məlumata görə, keçirilən sorğu Naxçıvan MR və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib.

Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% tam etibar edirəm, 6,9% əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir.

Sorğu nəticələrinə görə Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti