...

Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq

Siyasət 24 Yanvar 2022 10:24 (UTC +04:00)
Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Bununla yanaşı komitənin planına azad olunmuş torpaqlara Böyük qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası yanvarın 17-dən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti