...

Tehranda Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

Siyasət Materials 31 Yanvar 2022 14:20 (UTC +04:00)
Tehranda Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

Bakı. Elnur Bağışov - Trend:

Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçiriləcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, iclasda bir çox məsələlər, o cümlədən regional əməkdaşlıq müzakirə olunacaq.

İranlı rəsmi iclasın baş tutacağı tarixi açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti