Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.
Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclsına tövsiyə edilməsi barədə qərar qəbul olunub.