...

ABŞ Rusiya ilə təhlükəsizlik danışıqlarını davam etdirməyə hazırdır - Sallivan

Siyasət Materials 11 Fevral 2022 23:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərində danışıqları davam etdirməyə hazırdır.

Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan cümə günü keçirilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya həqiqətən də diplomatik nəticələrə can atırsa, ABŞ tərəfi buna hazırdır.

"Biz konkret təkliflər vermişik. Avropalı tərəfdaşlar və Rusiya ilə qarşılıqlı fəaliyyət göstərməyə və Avropa təhlükəsizliyinin prinsip və parametrlərini müzakirə etməyə hazırıq", - C. Sallivan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti