Bakı. Trend:
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir...
Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Aİ və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, Qarabağın bərpası" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Hulusi Kılıç, Əhməd Əlili və Hikmət Babaoğlu mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: